Hadisənin "Tövsiyə"si hazırdır

Hadisənin “Tövsiyə”si hazırdır

Türkiyəli müğənni Hadisənin bir ildən çoxdur ki, üzərində işlədiyi “Tövsiyə” adlı yeni albomu hazırdır.
 
fenomen .az “Hürriyət”ə istinadən xəbər verir ki, müğənni yaradıcılıq işini avqustun 4-də tamaşaçılara təqdim edəcək. Prodüseri bacısı Hülya Açıkgöz olan bu albomda ifaçı bir-birindən maraqlı mahnıları səsləndirdiyini bildirib:
 
“Sizə tövsiyələrlə dolu bəstələr seçmişəm. Xoşbəxtliyiniz üçün mübarizə aparın, həyatdan zövq alın. Qatar arxasınca baxanlardan olmayın, sadəcə yaşayın!”. 

Qeyd edək ki, Hadisə albomundakı “Hardasan, eşqim” adlı mahnısına klip də çəkdirib.

loading...