Hadisə qorxudan evə girə bilmədi, çöldə yatdı – foto – Fenomen.Az
Fenomen.Az

Hadisə qorxudan evə girə bilmədi, çöldə yatdı – foto

Egey dənizi sahillərində 6,3 bal gücündə baş verən zəlzələ Türkiyəni təlaşlandırıb.

Tətilini Bodrumda keçirən turistlər, məşhur adamlar gecəni qorxu ilə keçiriblər. Bir çoxu isə otelin həyətində gecələyib.

Muğlada olan müğənni Hadisə gecəni evə keçirməyib. O, ailəlikcə gecəni çöldə keçirdiklərini yazıb:

“Evimiz elə tərpəndi ki, evdən necə qaçdıq bilmirəm. Ağlıma gəldikcə qorxunu yenidən hiss edirəm. Bu şəkli də bacım çəkib, hamımız çöldə yastıqlar üzərində yatdıq…”

loading...