Günay Musayeva: Onun ən ağır şəkildə cəzalandırılmasını istəyirəm

Günay Musayeva: Onun ən ağır şəkildə cəzalandırılmasını istəyirəm

“Günlərdir üzülərək kiçik Nərminin hadisəsini izləyirəm. Ona əziyyət edən, insan olmayan məxluqun ən ağır şəkildə cəzalandırılmasını istəyirəm”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan model Günay Musayeva ötən ilin noyabrında itkin düşən və iki gün öncə yandırılmış halda meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva ilə bağlı paylaşımında qeyd edib.

G.Musayeva qız uşaqlarının zorlanmasının qarşısının alınması üçün fahişəliyin leqallaşdırılması təklifi ilə çıxış edib.

Onun bu sözləri sosial şəbəkədə diqqət çəkib: “Bir çox Avropa ölkəsində fahişəlik leqaldır və dövlət nəzarətindədir. Görəsən, inkişaf etməkdə olan ölkələrdə də eyni sistem qurulsa, zorlanmalar azalar?”

loading...