Günay İbrahimlinin saatlarla suyun altında çəkdirdiyi klipi - VİDEO

Günay İbrahimlinin saatlarla suyun altında çəkdirdiyi klipi – VİDEO

Müğənni Günay İbrahimli “Peşmanam” adlı klipini təqdim edib.

Sözləri Günelə, musiqisi müğənni Elvin Abdullayevə məxsus layihə ifaçının “Youtube” səhifəsində yayımlanıb.

Bir neçə gündür ki, müzakirə olunan klipin rejissoru Əli Fərhaddır, çəkilişlər Bakının Şüvəlan qəsəbəsində baş tutub.
İbrahimli açıqlamasında çəkiliş zamanı qarşılaşdığı çətinliklərdən söz açıb:

“Çəkilişlər gecə saatlarında, soyuq havada və dəniz kənarından baş tutdu. Sona yaxın çox çətin anlar yaşadım. Yağış səhnələri olmalı idi, yağmadığından su aparatı vasitəsi ilə həmin səhnəni çəkdik. Su çox soyuq idi, buna baxmayaraq bu işin öhdəsindən gəldim. Düşünürəm ki, işimiz bəyəniləcək”. (axşam.az)

loading...