Günay İbrahimli : “İndiki ağlım olsaydı…” – MÜSAHIBƏ,FOTOLAR – Fenomen.Az
Fenomen.Az

Günay İbrahimli : “İndiki ağlım olsaydı…” – MÜSAHIBƏ,FOTOLAR

Vanqa nənəyə və falçılara inanmadığını deyən müğənni Günay İbrahimli günahlarının az olduğunu etiraf edib.

Fenomen.Az xəbər verir ki,  publika.az – ın “Üç nöqtə” layihəsinin suallarını bu həftə tanınmış ifaçı Günay İbrahimli cavablandırıb.

– İndiki ağlım olsaydı…

– Şou-biznesə gələndə hamıya inanmazdım

– Zəmanət verə bilərəm ki…

– Sadiq insanam.

– Dünyanı dəyişmək imkanım olsaydı…

– Sərhədləri ləğv edərdim.

– Kişilərə o qadınlara xəyanət etmir ki…

– Sevdiyi xanımları adlatmırlar.

– Seviləsi qadın olmağın ilkin şərti…

– Saflıq və səmimilik.

– Qadınlar yaşını ona görə gizlədir ki…

– Bu, kompleksli olmalarından irəli gəlir.

– Qadına qarşı şiddət…

– Əxlaqsızlıqdır, tərbiyəsizlikdir!

– Vicdanıma and olsun ki…

– Öz gücümə hər şeyi edirəm.

– Mən təəssüf edirəm ki…

– Azərbaycanda şou-biznes can verir.

– Yaxşı gündə, pis gündə…

– Dostlarımın yanında oluram.

– Tənhalıq qadın üçün lənətdir, yoxsa ki…

– Tənhalıq qadının günahlarının bədəlidir.

– Vanqa nənə ilə görüşsəydim…

– Ona hec vaxt inanmadığımı söyləyərdim.

– Ən böyük səhvim o olub ki…

– Hər kəsə inanmışam.

– Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki…

– Sən indi də yanımdasan, bir tək sən varsan.

– Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə…

– Deyirəm ki, fikirləşməsəm, yaxşıdır.

– Günahlarım yadıma düşəndə…

– Mənim nə qədər az günah etdiyimin fərqinə varıram.

– Ona görə xəcalət çəkirəm ki…

– Pərəstişkarlarımıza istədyimizi verə bilmirik.

– Gecələr tez-tez yuxuda görürəm ki…

– Yuxularım heç vaxt yadımda qalmır.

loading...