Faiq: Peşman olsa, Brilliantla bu dəqiqə barışaram - VİDEO

Faiq: Peşman olsa, Brilliantla bu dəqiqə barışaram – VİDEO

Xalq artisti Faiq Ağayev  MTV-də yayımlanan “Söhbətsiz” proqramının qonağı olarkən maraqlı açıqlamalar verib.

Küsülü olduğu həmkarı, Xalq artisti Brilliant Dadaşova ilə olan qalmaqalından bəhs edən Ağayev küsülülüyü unudub, onunla barışmaq imkanlarından söhbət açıb.

O, aparıcı Samir Bayramlının “20 ildir ki, Brilliant və Faiq arasında münasibət yoxdur. Baxmayaraq ki, Ağayev Dadaşova haqqında dəfələrlə xoş sözlər söyləyib. Amma Brilliant qəti şəkildə həmkarı haqqında danışmır. Aranızda yaşanan bütün məsələlərinizi aydınlaşdırsanız, sıfırdan yeni münasibət yaratmaq mümkündür?” sualına bu cür münasibət bildirib:

“Bir dəqiqə sonra bunu etməyə hazıram, yetər ki, qarşı tərəfdən barışıq istəyi, keçmişə görə peşmanlıq mövqeyi görüm”.

Qeyd edək ki, Xalq artistlərinin münasibətlərinin pozulmasına səbəb qatıldıqları el şənliklərinin birində baş vermiş hadisə səbəb olub. Bundan sonra B.Dadaşova F.Ağayevin iştirak etdiyi məclislərə qatılmır və hazırda onunla düşmən mövqeyindədir. 

//Oxu.Az 


loading...