Elton Türkiyəyə köçdü

Elton Türkiyəyə köçdü

Müğənni Elton Hüseynəliyev bundan sonra Türkiyədə yaşayacaq. 

Bu barədə ifaçı İnstaqram hesabında məlumat verib. Hüseynəliyev qardaş ölkədən iş təklifi aldığını qeyd edib:

“Mənim əzizlərim, məni sevənlər, sizi çox sevirəm, həmişə sevəcəyəm. Mən ailəmi də götürüb gedirəm Türkiyəyə. Dövlət orkestrindən iş təklifi aldım. Dönmək fikrim də yoxdur. İndi didin bir-birinizi pul üçün, toy üçün. Mənə hüzur lazımdır. Nə qədər şərəfsiz var imiş, ay Allah. İnstaqramda görüşərik, dostlar”. 

// qafqazinfo.az

loading...