Efirdə gərgin anlar - Zaur parodiyaçıları qovdu

Efirdə gərgin anlar – Zaur parodiyaçıları qovdu

“Xəzər” telekanalında yayımlanan “5/5” verilişinin ötən gün efirə gedən buraxılışında gərgin anlar yaşanıb.

Proqramda Xalq artisti Teymur Mustafayev (Teymur əmi) qonaq olub. 

Proqrama tez-tez dəvət edilən parodiyaçı Aşıq Muşqulat və Divir (Çingiz Mütəllimov və Elnur Mahmudov – red.) studiyaya gəlib.

Onlar efirdə Teymur əmiyə söz ataraq oxumağa başlayıblar. Parodiyaçıların muğam ifaçısının bir dəfə efirdə “jim” etməsini ələ salması onun xoşuna gəlməyib. Aşıq Çuşqulat və Divir “Jim eləsin Teymur əmi” oxumağa başlayıblar. Daha sonra isə Divir studiyada “jim” edib və T.Mustafayevi də ona qoşulmağa dəvət edib. İfaçı isə ona reaksiya verməməyə çalışıb. 

Yenidən oxumağa başlayan parodiyaçıların mikrofununu bağlayıblar. Teymur əmi isə əsəbiləşərək onlarla mübahisə edib. 

Aparıcı Zaur Kamal isə  parodiyaçıları efirdən qovub və “Bir də onları efirə buraxmayın” deyib.
(axşam.az)


loading...