Ecazkar Hollivud ulduzunun özündən gözəl 16 yaşlı qızı - FOTO

Ecazkar Hollivud ulduzunun özündən gözəl 16 yaşlı qızı – FOTO

Bu gün Hollivudun məşhur 47 yaşlı ulduzu Qvinnet Peltrou ilə “Coldplay” qrupunun solisti 43 yaşlı Kris Martinin qızları Eplın 16 yaşı tamam olub.

Bu münasibətlə aktrisa qızının fotolarını sosial media hesabında paylaşaraq, onu təbrik edib.

“Bunu həqiqətən yazdığıma inana bilmirəm,16 yaşın mübarək, əziz qızım. Sən mənim qəlbimin işığısan, sevincimsən. Çox ağıllısan və gözəl yumor hissinə sahibsən. Anan olduğum üçün olduqca xoşbəxtəm.

Qəlbindəkiləri mənimlə bölüşdüyün axşam söhbətlərimizi çox sevirəm. Əldə etmək istədiklərini qazanmaq üçün çox çalışırsan və tam olaraq əzm və məsuliyyət daşıyırsan. Anan olduğum üçün çox şanslıyam. Gözəl, mehriban gənc bir xanımsan. 

Səni aya və oradan geriyə kimi çox sevirəm. Doğum gününün belə bir şəraitdə keçməsinə görə çox təəssüf edirəm, amma həmişə olduğu kimi hər şeydə ən yaxşısını tapacağıq”, – deyə Qvinnet yazıb.

Eplın şəkillərə fobiyası var. Yalnız onun razılığından sonra anası şəkillərini dərc edib. 

// Oxu.Az 

Martindən aktrisanın 14 yaşlı oğlu Mozes adlı oğlan övladı var. Hazırda aktrisa Dakota Consonla sevgili olan Kris buna rəğmən birinci arvadı ilə dost münasibətdədir.

loading...