Ebru Gündeş Elnuru seçdi - fotolar

Ebru Gündeş Elnuru seçdi – fotolar

“O səs Türkiyə”nin favoritlərindən sayılan həmyerlimiz, müğənni Elnur Hüseynov “Birə bir” mərhələsində səhnəyə çıxıb.

Bundan öncə dueldə “Stay in alive” (Bee Gees) mahnısını ifa edərək növbəti mərhələyə keçən azərbaycanlı müğənni bu dəfə “Golden Eye” mahnısını oxuyub. Ebru Gündeşin komandasında olan Elnur Şermin adlı iştirakçıyla yarışıb.

Ebru Elnur Hüseynovu seçərək, ona növbəti mərhələdə iştirak hüququ qazandırıb. Sonda tamaşaçıların xahişiylə Elnur mahnını ikinci dəfə səsləndirib.

Qeyd edək ki, Türkiyənin “TV8” kanalında Acun İlıcalının aparıcılığıyla təqdim edilən proqramın münsiflər heyətində tanınmış müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan Uğur yer alıblar. (Axşam.az)

loading...