Dünyanın ən bahalı boşanması baş tutdu
Fenomen.Az

Dünyanın ən bahalı boşanması baş tutdu

“Amazon” şirkətinin sahibi, dünyanın ən varlı adamı Ceff Bezosun arvadı Makkenzi Bezos ilə rəsmi boşanması baş tutub.

Bu haqda “The Seattle Times” qəzeti açıqlama yayıb. Boşanma kağızı həftənin cümə günü Vaşinqtonda imzalanıb.

Makkenzi “Amazon” şirkətindən onun payına düşən 38,3 milyard dolları tezliklə əldə edəcək. Bezos eyni zamanda keçmiş ərinin sahib olduğu şirkətlərdən 75 faizini, “Vaşinqton post” qəzetindən və “Blue Origin” şirkətindən faiz tələb edib. Bununla o, dünyanın ən varlı qadınları siyahısına girəcək. Qadın açıqlamalarının birində ona qalan pulun yarısını xeyriyyə işlərinə bağışlamağı düşündüyünü deyib.

Makkenzi 25 il Cefflə ailəli olub. Ötən ilin sonunda Brzosun sahib olduqları 131 milyard dollar dəyərində hesablanmışdı. O, iki ildir ki, “Forbes” dərgisində dünyanın ən varlı adamı siyahısında birincidir.

loading...