Dilarədən yeni fotosessiyası

Dilarədən yeni fotosessiyası

Müğənni Dilarə Kazımova “Nikotinə yox” adlı fotosessiyaya imza atıb.

Fotoqraf Xalid Zeynallının obyektivi qarşısına keçən ifaçı hər kəsi nikotindən uzaq durmağa səsləyib.

Sənətçi fotolarının ağ və qara rənglərdən ibarət olmasına isə belə aydınlıq gətirib:

“Dünyada görə biləcəyimiz, yaşayacağımız o qədər gözəl rənglər var ki… Siqaret kimi zərərli vərdişlər bütün rəngləri soldurur. Həyatınızı rəngsiz hala gətirməyin. Özünüzü və sağlamlığınızı qoruyun. Dünyanız qara və bozdan yox, əlvan rənglərdən ibarət olsun”.

Qeyd edək ki, siqaret və onun yaratdığı xəstəliklər səbəbindən hər il dünyada 6 milyon insan həyatını itirir.

Siqaretin tərkibində ən az 300 növ müxtəlif xərçəng əmələ gətirən 4000-ə yaxın zəhərli maddə var. Hər bir nəfəsdə siqaret tüstüsü insan orqanizmində 50 min beyin hüceyrəsini məhv edir.

// axşam.az

loading...