CeyLonun sevgilisinə yarım milyonluq zərbə

CeyLonun sevgilisinə yarım milyonluq zərbə

Dünyaca məşhur müğənni Cennifer Lopezin nişanlısı Aleks Rodriqezin avtomobili qarət edilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı Rodriqezin maşınından zinət əşyaları olan qutu, noutbuk, fotoaparat, elektron cihazlar götürülüb. Oğurlanan əşyaların 500 min dollar dəyərində olduğu bildirilir.

Mediaya hadisə ilə bağlı açıqlama verən keçmiş beyzbolçu mənəvi dəyəri olan əşqaların qarət edilməsinə görə məyus olduğunu bildirib.

loading...