Cenifer Lopezdən cazibədar foto

Cenifer Lopezdən cazibədar foto

Şəkilə şərh bildirən JLO şəkilin “Booty” mahnısının klipi üçün hazırlandığını vurğulayıb

Dünyaca məşhur pop ifaçı Cenifer Lopezin yeni cazibədar şəkili yayılıb.

ANS PRESS-in məlumatına görə, 45 yaşı olmasına baxmayaraq hələ də gözəl bədən quruluşunu qoruyub saxlayan müğənni sosial şəbəkədə yeni foto paylaşıb. JLO seksual çimərlik geyimi geyinərək kamera qarşısında poza verib. Ağ-qara rəngdə olan bu şəkil izləyicilər tərəfindən maraqla qarşılanıb. Şəkilə şərh bildirən JLO bunun yeni “Booty” mahnısının klipi üçün hazırlandığını vurğulayıb. Müğənni yeni mahnısını rep ifaçısı Pitbull ilə birlikdə səsləndirib, DJ Diplo isə musiqinin üzərində işləyərək mahnıya ritmiklik qatıb.

Qeyd edək ki, “Booty” A.K.A adlı studiya albomunda yer alan sonuncu mahnıdır. Sözügedən albom iyul ayının ortalarından etibarən satışa verilib.

loading...