"Bizi döyür, təhqir edirdilər"- Peris Hiltondan həyatı ilə bağlı gözlənilməz açıqlama

“Bizi döyür, təhqir edirdilər”- Peris Hiltondan həyatı ilə bağlı gözlənilməz açıqlama

Dünyaca məşhur ulduz Peris Hilton həyatı ilə bağlı gözlənilməz açıqlamalar verib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, heç vaxt göründüyü kimi olmadığını etiraf edib.

39 yaşlı Hilton “Bu, Perisdir” adlı sənədli filmdə gerçəkləri açıqlamağa söz verib. Ekran işində milyonların varisi olan Hiltonun təhqir edilməsindən, alçaldılmasından bəhs edilib. Özünü pis apardığı üçün valideynləri 1990-cı ildə onu internata yollayıblar. Orada uşaqları döyüb, təhqir edib, boğurmuşlar. Onun sinif yoldaşları sözlərini təsdiqləyib: uşaqlara dərman atdırır, cəzalar verirdilər.

“Pis söhbətlər edirdilər, hər addımda bizi alçaltmağa çalışırdılar. Onların tək məqsədi bizi sındırmaq idi. Fiziki güc də göstərirdilər. Uşaqları qorxuzurdular ki, onlara tabe olaq” deyə, Peris söyləyib.

O bildirib ki, internat məktəbindən qaçmaq mümkünsüz olub:

“qaçmağa cəhd edəni isə qaranlıq otaqda tək saxlayırdılar. Şikayət ediləndə isə onlar uşaqların yalan danışdığını deyirdi. Panikatak keçirir, hər gün ağlayırdım. Həyatıma nifrət edirdim. 18 yaşım tamam olanda evə qayıtdım və orada yaşadıqlarım haqda heç vaxt danışmadım”.

loading...