"Bir ildir oğrular tapılmır" - Ülviyyə Əliyeva

“Bir ildir oğrular tapılmır” – Ülviyyə Əliyeva

z”1 ildən çox vaxt keçib. Qeyri-peşəkar işçi qüvvəsinə görə oğru tapılmadı”.

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Əliyeva İnstaqramda canlı yayımda deyib. Sənətçi bir il əvvəl evinin soyulmasından danışıb. O bildirib ki, qızıl və pullarını götürən şəxs hələ tapılmayıb:

Hər ay bir müstəntiq dəyişdi. Yoruldum… O qızıllar, pullar halallıqla alınmışdı. Gəlinliyim, ata evimdən gətirdiyim və yoldaşımın halal qazancı ilə aldıqları idi. Heç vaxt heç kimin 1 qəpiyinə göz tikmədim. Atam halal çörək yedizdirib.

Halalıma haram qatıb evimə girib qızıllarımı götürdü. Mənə elə bir qorxu yaşatdı ki… Onu bağışladım, amma Allah bağışlamasın”.

loading...