Bakıda 18 yaşlı gəlin itkin düşüb - FOTO

Bakıda 18 yaşlı gəlin itkin düşüb – FOTO

Bakıda gənc qadın evdən çıxıb və bir daha geri qayıtmayıb.

Sabirabad rayonunda qeydiyyatda olan, 2001-ci il təvəllüdlü İsmayılova Sevda Cəbrayıl qızı martın 8-i gecə saatlarında Sabunçu rayonu ərazisində itkin düşüb.

Yaxınları bildiriblər ki, qadın gecə saatlarında evdən çıxıb.

Hadisə ilə bağlı qadının həyat yoldaşı polisə müraciət edib.

Faktla bağlı araşdırma başladılıb.

//Oxu.Az

loading...