Aygün Kazımova sahildə bikini ilə gəzintiyə çıxdı – VİDEO – Fenomen.Az
Fenomen.Az

Aygün Kazımova sahildə bikini ilə gəzintiyə çıxdı – VİDEO

Aygün Kazımova sahil kənarında bikinili görüntüsünü paylaşıb.

Xalq artisti Aygün Kazımova səhər saat 6-da sahil boyu gəzintiyə çıxıb.

Səhnə fəaliyyətinin 30 illik yubileyi ilə əlaqədar sentyabr ayının 22-si möhtəşəm konsertə hazırlaşan müğənni çimərlikdə çəkdiyi videonu instaqramda paylaşıb. 46 yaşlı ifaçının bikinidə olması diqqət çəkib. O, videoya “Səhər tezdən, saat 06:00-da sahil boyu yürüşə çıxmışam. Bu, tam başqa hisslərdir… Sağlamlıq gözəllikdir” qeydini yazıb.

Məlumat üçün bildirək ki, xalq artisti sentyabr ayının 22-si “Crystal Hall”da solo konsert proqramı ilə çıxış edəcək. Konsertin dünya standartlarına uyğun baş tutması üçün İtaliya, Portuqaliya, Fransa, İngiltərə, Rusiya, Gürcüstan və Türkiyədən səs rejissoru, xoreoqraf, rejissor, rəqqas, prodüser və digər peşəkar işçi heyəti Bakıya gələcək. Diva yerli şou biznesin ilk müğənnisi olacaq ki, “Crystal Hall”da solo konsert verəcək.

Aygün Kazımovanın “Crysal Hall” konsertinin biletləri artıq satışdadır. Biletləri şəhərin kassalarından əldə etmək mümkündür. Biletlərin qiyməti 10 – 100 manat arası dəyişir. (publika.az)

loading...