Ayan və İradənin Yeni ili möhtəşəm olacaq

Ayan və İradənin Yeni ili möhtəşəm olacaq

Ötən ili geridə qoymağa hazırlaşan sənət əhli yeni ilə yeni arzularla qədəm qoymağa hazırlaşır. 2014 ci il kiminin həyatında gərgin, kimi üçün adi, bəziləri üçün sevincli keçdi. Təəssüratlarını ATVxəbər.az-la bölüşən sənətçilər arzularını da dilə gətirdilər.
Müğənni İradə İbrahimova:
“Bildiyiniz kimi Bakıdayam qızımla birlikdə gəldim. Həyat yoldaşım işinə görə bayrama yanımızda olacaq. 2014 ci il mənim üçün gərgin il oldu. Çalışdım, amma bəhrəsinin ilin sonuna doğru görməyə başladım. Əziyyətim çox oldu. 2015 ci ildə məni sevən və son illərdə fasilələrlə çıxmağıma baxmayaraq, yolumu gözləyənlərə vədlərim çoxdu. Artıq dayanmayacam, “Seneler” klipinin ardınca “Olmamalıydı” klipi təqdim ediləcək. Daha sonra yeni mahnılar, fotosessiya və s. Bayramı evdə keçirməyi düşünmüşük. Əzizlərimə hədiyyələrim olacaq. Amma qızım İpək hədiyyəsini öncədən alıb. Hamı onu istədiyi oyuncaqlarla təbrik edib. Eynilə mən”.
Müğənni Ayan Babakişiyeva:
Bu il mənim üçün çox gözəl keçdi. Ən əsası ana oldum, Selenam dünyaya gəldi, analıq hissini yaşadım və çox xoşbəxtəm. “Miss Azərbaycan-2014” gözəllik yarışmasında ilk dəfə münsif kürsüsündə oturdum. İşıq üzü görən mahnılarım sevildi, bəyənildi. Mustafa Kamal Atatürkün sevimli mahnısı “Atabarı” ifa etdim. Musiqisi Elçin İmanova, sözləri Zemfira Əlişqızına məxsus olan “Qorxuram gecələrdən”, . Xanım İsmayılqızının yazdığı “Sevirəm”, Tural Bayraməliyevin “Səndən sonra” mahnılarını təqdim etdim və sevildi.  2015-ci il həm özəl, həm də yaradıcılıq həyatımda uğur qazanacağıma inanıram”.
loading...