Ağalarovlar İqor Krutoyun ad günündə - fotolar

Ağalarovlar İqor Krutoyun ad günündə – fotolar

Dünən Rusiyanın xalq artisti İqor Krutoyun ad günü olub. 

FENOMEN .az-ın xarici mətbuata istinadən xəbərinə görə, bəstəkar 60 yaşını təmtəraqlı şəkildə qeyd edib. O, bu münasibətlə Latviya Milli Operasının böyük zalını kirayə götürüb. 

Məşhur sənətçinin ad gününə tanınmış simalar – azərbaycanlı iş adamı Araz Ağalarov, müğənni-bəstəkar Emin, müğənni Alsu, Valeriy Leonti, Alla Puqaçova, Layma Vaykule və başqaları qatılıblar. 

Qeyd edək ki, İ.Krutoyun opera zalını kirayə götürməsi söz-söhbətə səbəb olub. Bəstəkar bunun üçün 9873 avro ödəsə də, əslində bu məbləğin 120 min avro olduğu deyilir. Ötən gün isə onun opera zalı kimi mədəniyyət ocağını kirayəyə götürməsinə qarşı etiraz aksiyası keçirilib.

loading...