Afət Fərmanqızı işdən qovulan tibb bacılarından danışdı - VİDEO

Afət Fərmanqızı işdən qovulan tibb bacılarından danışdı – VİDEO

“Bu videonu mən paylaşmışdım. Mediadan da dəstək istəmişdim. Biz hüquqşünaslarla da danışdıq. Məhkəməyə verəcəyik baş həkimi. Deməli, bu baş həkim qızların beşinə də ərizə yazdırıb, deyib, yazın ki, biz özümüz çıxırıq. Belə şey dünyada yoxdur. Qızlarla özüm danışmışam. Onlar deyir ki, stress atmaq üçün fasilədə sizin mahnını oxuduq. Bu mahnını da sevdikləri üçün ifa ediblər. Mənə olan sevgilərini bildirmək üçün. 10 gündür işdən çıxıblar. Özlərini öldürmə həddinə çatıblar. Biri deyir ki, özümü öldürmək istəyirəm, amma anam necə qalar mənsiz. Ağlayırlar hər gün. İndi məsələ sosialaşdı. Tolik də efirdə deyəcək. Bir çox mediadan kömək gəldi. Yəqin ki, həll olunacaq. Açığı, mən bu məsələdə özümü günakhar hiss edirəm. Onlar mənim mahnımı ifa edib işdən qovulublar.”

Afət Fərmanqızının mahnısını oxuyan tibb bacıları bu videoya görə işdən çıxarıldı (VİDEO)
loading...