Acun Hadisənin göz yaşlarına görə çəkilişləri təxirə salmaq istədi - FOTO/VİDEO

Acun Hadisənin göz yaşlarına görə çəkilişləri təxirə salmaq istədi – FOTO/VİDEO

“O Səs Türkiyə” yarışmasında maraqlı və kövrək anlar yaşanıb.

Oxu.Az xəbər verir ki, münsif müğənni Hadisə yarışmada ailəsi haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib.

Bir ildir ailəsi ilə çətin günlər yaşayan Hadisənin söylədikləri yarışmanın aparıcısı Acun Ilıcalı və digər münsifləri təsirləndirib. Hətta Acun müğənniyə görə yarışmanın çəkilişlərini təxirə sala biləcəyini açıqlayıb.  

“Bəzən şəxsi həyatımla bağlı məlumatları paylaşmağı sevirəm. Son bir ildə ailəmizlə çox çətin günlər yaşadıq. Ancaq bu gün qardaşımın oğlu dünyaya gəlib. Bibi oluram. Bu həyacanımı sizlərlə paylaşmaq istədim. İnanıram ki, bu balaca ailəmizə xoşbəxtlik gətirəcək. Amma orada olmağı çox istərdim. Təəssüflər olsun ki, iki gün dalbadal olan çəkilişlərə görə gedə bilmədim. Bir azdan uşağın şəkli gələn kimi xoşbəxt olacam. Balacamızın adı Melik Hamza olacaq”, – deyə Hadisə bildirib.

Qeyd edək ki, Hadisənin anası Gülnihal Açıkgözün intihara cəhd etməsindən sonra bacıları ilə aralarında problem yaranıb, münasibətləri korlanmışdı.

Kliplərində və konsertlərində bacısı Hülya Açıkgöz ilə birgə işləyən Hadisə bacısının onun icazəsi olmadan haqsız qazanc əldə etdiyini açıqlamışdı.

Ondan sonra Hadisə bacıları ilə iş əlaqələrini kəsmişdi. 

loading...