Açıq-saçıq geyinən Nigar Camal: “Baxır hansı məkanda…” - Müsahibə

Açıq-saçıq geyinən Nigar Camal: “Baxır hansı məkanda…” – Müsahibə

“Avroviziya-2011”in qalibi Nigar Camal Teleqraf.com-un suallarını cavablandırıb.

– AzTV-də Eldar Qasımovla birlikdə “Telesəhər” verilişini aparırsınız. Aparıcı kimi fəaliyyətiniz necə gedir?

– Əslində, aparıcılıq da çox maraqlıdır. Bilməzdim ki, bu dərəcədə maraqlı olacaq. Özünü fərqli hiss edirsən…

– Aparıcılıqda hansısa çətinlik yaşayırsınız?

– Bir az dilə görə çətinlik olur, yavaş-yavaş o da düzəlir.

– Verilişinizə gəlməkdən imtina edən həmkarlarınız olub?

– Xeyr.

– Niyə müğənni kimi televiziyalara çıxmırsınız?

– Çünki AzTV-də çəkilişlərimiz olur. Tədbirlər var, işlərim çox olur.

– Yoxsa bizim efiri bəyənmirsiniz?..

-Xeyr. Bir həftə Bakıda, bir həftə Londonda oluram, çatdıra bilmirəm. İşlərimiz çox olur.

– Efirə çıxarkən şərt qoyan müğənnilərə münasibətiniz necədir?

– AzTV-nin öz şərtləri var. Bağlı geyinməlisən, çox açıq-saçıqlıq olmaz.

– Efirə hansısa müğənni ilə çıxmaqdan imtina etmisiniz?

– Xeyr, elə şey yoxdur. İş işdir və məndə belə xüsusiyyət yoxdur. Ay kimisə “vurmaq” və s… Gedirəmsə gedirəm.

– Trendə düşən müğənniləri dinləyirsinizmi, Şəbnəm Tovuzlunu, Damlanı?

– Xeyr. Son zamanlar xoşuma gələn mahnı yoxdur. Hansısa mahnı xoşuma gəlsə qulaq asaram.

– Miri Yusif, Röya Ayxan xalq artisti fəxri adına layiq görüləndə onları təbrik etdiniz?

– Tünzalə Ağayevanı təbrik etdim.

– Qalmaqal yaşadığınız Röya Ayxanla münasibətiniz necədir?

– Bu suala cavab vermək istəmirəm.

– Daim formadasınız. Bu baxımdan idmana, yoxsa pəhrizə borclusunuz?

– Əslində, çox kilo almıram. Artıq kilo alan kimi pəhrizə otururam. Xüsusi şirkətin dietik yeməklərinə müraciət edirəm, özüm yemək hazırlamıram.

– Dilarə Kazımova ilə siz açıq-saçıq geyimlərdən çəkinmirsiniz.

-Yerinə, getdiyim məkana görə geyinirəm.

loading...