27 yaşında 45 milyon qazanan model - FOTO

27 yaşında 45 milyon qazanan model – FOTO

27 yaşlı Kara Delevin ötən il 21,5 milyon funt (təqribən 45 milyon manat) qazanmaqla ingilis modelləri arasında növbəti dəfə lider olub.

Oxu.Az xəbər verir ki, ikinci yeri 9 milyon funtla (19 milyon manat) 45 yaşlı Keyt Moss tutub.

Üçüncü yerdə 32 yaşlı Rozi Hantinqton-Uaytlidir. Reklam müqavilələri ona 8 milyon funt (16,8 milyon manat) qazandırıb.

Kara bir sıra uğurlu layihələr sayəsində son 12 ayda qazancını iki dəfə artırıb. Onun şəxsi “Cara & Co” adlı şirkəti (model adını 2016-cı ildə ticarət markası kimi qeydə alıb və bu vaxtdan etibarən onun adı yalnız kommersiya məqsədilə istifadə edilə bilər) var. O, filmlərdə rol alır, moda evləri ilə yeni müqavilələr imzalayır və moda həftələrində iştirak edir.

Delevin, eyni zamanda, atası Çarlzın direktor olduğu “Harvey White Properties Ltd”dən (fərdi evlərin inşası ilə məşğul olur) yüksək qazanc əldə edir.

“Uşaqlıqda imtiyazlarım var idi. Valideynlərimlə birgə xeyli səyahət edirdim. Londonda böyümək olduqca əla idi. Bununla belə, pulun həyatda ən vacib şey olmadığını anladım”, – Kara RuPolun “DragRace” “podkast”ına müsahibəsində bildirib.

loading...