"Əxlaqı geyimlə ölçənlər əxlaqsızın böyüyüdür" - Nura Suri

“Əxlaqı geyimlə ölçənlər əxlaqsızın böyüyüdür” – Nura Suri

“Mənim 2000-ci illərdən bəri internetdə belə fotolarım var və bu, məni narahat etmir”.

Bu sözləri müğənni Nura Suri bikinili şəkillərini nəzərdə tutaraq yazıb.

Sənətçi əxlaqın geyimlə ölçülməsinə qarşı çıxdığını bildirib:

“Əgər fotolarım kimisə narahat edirsə, baxmasın. Kimsə əxlaqı açıq-saçıq geyimlə ölçürsə, özü əxlaqsızın böyüyüdür. Özümə və həyat tərzimə arxayınam. Tanımadığım bədniyətli insanların fikri vecimə deyil. Əgər olsaydı, belə şəkillər paylaşmazdım. Hamınıza xoşbəxt olmağı arzu edirəm”.

loading...