Məşhur professordan ÇOX FAYDALI RESEPT
loading...

Məşhur professordan ÇOX FAYDALI RESEPT

Professor Doktor Canan Karatay qışda bədənin şəkər ehtiyacını qarşılayan, amma kökəltməyən təbii şirniyyat reseptini açıqlayıb.

O bildirib ki, faydalı borani deserti bədəni toksinlərdən təmizləyərək immuniteti gücləndirir, bədəni enerji ilə təmin edir və xəstəliklərin qarşısını alır.

Canan Karatay sözlərinə onu da əlavə edib ki, tərkibində şəkər olmadığı üçün bu desert artıq çəkiyə səbəb olmur.

Publika.az Türkiyə mətbuatına istinadən məşhur kardioloqun vitaminli şirniyyat reseptini təqdim edir.

İnqrediyentlər:

2 dilim şirin balqabaq

1 ədəd alma

2 ədəd portağal

Yarım stəkan qoz

½ stəkan quru üzüm

1 ədəd çubuq darçın

1 yemək qaşığı kərə yağı

Hazırlanması:

Balqabaq, alma və portağalı səliqə ilə istədiyiniz ölçüdə dilimləyin. Portağalın ağ hissələrini mümkün olduqda soymayın. Doğranmış meyvələri istiliyə davamlı şüşə qaba yerləşdirin. Sonra üzərinə qoz, kişmiş və darçın əlavə edib kərə yağı dilimlərini üzərinə düzün. Şüşə məcməyini yağlı kağız ilə bağlayıb 180 dərəcə sobada 35 dəqiqə bişirin.

Soyuq olaraq servis edin.

Nuş olsun!


loading...