Məşhur dünya ulduzu Zayn Malik: “Artıq müsəlman deyiləm”
loading...

Məşhur dünya ulduzu Zayn Malik: “Artıq müsəlman deyiləm”

“One Direction” musiqi qrupu ilə top onluqları fəth edən və sonra karyerasına solo albomu ilə davam edən məşhur dünya ulduzu Zayn Malik artıq müsəlman olmadığını açıqlayıb.

Fenomen.az xəbər verir ki, Cici Hadidlə sevgili olduğu üçün maqazin verilişlərinin gündəmindən düşməyən Zayn “British Voque” jurnalına müsahibə verib. O, müsahibəsində diqqət çəkən açıqlamalar verib.

25 yaşlı pakistanlı müğənni heç bir dini doktrinə inanmadığını və inancın tələb etdiyi gündəlik fəaliyyətlərdən əl çəkdiyini bildirib.

“İnsanların dini inancları ancaq onları və inandıqları insan, ya da qavramları maraqlandırdığını düşünürəm. Müəyyən bir yeməyi müəyyən bir formada müqəddəsləşdirərək yemək və ya gündə 5 dəfə eyni dildə dua etməyin lazım olduğuna inanmıram. Bunu sadəcə mən və inandığım ilahi qüvvə arasında qalmasının lazım olduğuna inanıram”, – deyə Zayn Malik bildirib.(ölkə.az)


loading...