İlin ən gözlənilən premyerası baş tutdu – FOTOSESSİYA | Fenomen

İlin ən gözlənilən premyerası baş tutdu – FOTOSESSİYA

  0 Comments
Almaniyanın Berlin şəhərində keçirilən beynəlxalq “Berlinale” kinofestivalında ” Fifty Shades Of Grey” (Bozun 50 çaları) erotik dramının təqdimatı keçirilib.
Qırmızı xalıda filmin rejissoru Sem Teylor-Consonu baş rollarda oynamış aktyor Ceymi Dornan və aktrisaDakota Conson müşayiət edirdilər.
Britaniyalı yazıçı E.L.Ceymsin “Fifty Shades Of Grey” trilogiyasının ilk hissəsinin ekranlaşdırılması olan bu filmdə Anasteyşa Stil rolunu oynamış Dakota Conson dərin dekolteli paltarda idi.
Filmdə Kristian Qrey rolunu oynamış aktyor Ceymi Dornan premyeraya xanımı, aktrisa Ameliya Uorner ilə qatılmışdı.
Rejissor Sem Teylor-Conson isə əri Aaron Conson ilə birlikdə idi. (Milli.Az)

Fenomen.az saytı ilə əlaqə üçün E-mail: info@fenomen.az
INSTAGRAM - Yerli ve xarici tanınmışlarin paylaşdıqları son fotoları səhifəmizde izleyin
loading...