"Hansı müğənni Rəmişin hesabına adam olub, indi adam saymır?" - FOTO


“Hansı müğənni Rəmişin hesabına adam olub, indi adam saymır?” – FOTO

Dünən “5/5″də Zaurun qonağı Rafiq Hüseynov (Rəmiş) və xanımı Gülü olub.

Aparıcının xalq artistinə ünvanladığı suallar maraqlı açıqlamalara səhnə olub.

Zaurla xalq artistinin sözügedən dialoqunu təqdim edirik:

Gitarada elə bir sirr varmı ki, onu Rəmiş müəllimdən başqa heç kim bilmir?

– Mütləq var. Var, olub və elə də olacaq.

Gülü xanım deyir “Rəmişin toyu yoxdur”. Bəlkə baha deyirsiniz, ona görə?!

– Biz qiymətlə toya getmirik.

Övladlığa uşaq götürmək istəsəniz, Gülü xanım razı olarmı?

– Olar. Amma mən 5 uşaqdan əziyyətliyəm.

Barmağınızdakı o üzüyün qiyməti nə qədərdir?

– Onun qiyməti yoxdur. Onu Gülü mənə 70 yaşımda pay verib.

Hansı müğənni Rəmişin hesabına adam olub, indi adam saymır?

– Heç kim. Mən heç bir müğənni barədə o fikirdə olmamışam. Mən Xan Şuşinski ilə də toya getmişəm. Yaqub Məmmədovla milyonlarla toy aparmışıq. Kasıb adam olanda, heç pul ummazdıq da. Soruşurdum “Borc alıb, toy edirsən?” Deyirdi “Hə”. Bir dəfə biri 1700 dollar borc alıb oğluna toy edirdi. Toyda nə yığıldı (şabaş), dedim atın ora, istəmirəm.

Gülü xanımın səsi olsaydı, razı olardınız siz gitarada müşayiət edəsiniz, o da oxusun?

– Əlbəttə ki, yox! Onda onu bir saniyə də saxlamazdım. Hərənin öz qanunu var.

(milli.az)


loading...