Günay İbrahimlidən yeni mahnı və foto-layihə “Sürgün” – FOTOsessiya,Video | Fenomen

Günay İbrahimlidən yeni mahnı və foto-layihə “Sürgün” – FOTOsessiya,Video

  0 Comments

Günay İbrahimli yeni mahnı və foto-layihəsini təqdim edib.

Mahnı “Sürgün” adlanır, fotosessiyanın çəkilişləri isə Xızı və Bakıda reallaşıb.

Günay bildirib ki, yeni mahnıya tezliklə klip çəkdirəcək:

“Mahnı sevgidən bəhs edir. Musiqisi Pərviz Mahmudova, sözləri Fərdi Quliyevə, aranjimanı isə Rəşad Bağırova məxsusdur. Yaxınlarda musiqi parçasına klip çəkdirəcəyik. İnanıram ki, uğurlu olacaq. Sırf mahnı üçün fotosessiya etdirdim.

Şəkillər Xızı və Bakıda çəkilib, müəllif Ruslan Nəbiyevdir. Saçımdan tutmuş geyimimə kimi hər şeyi Anar Ağakişiyev ərsəyə gətirdi. Məni dəyişən və fərqli obraza salan odur. Bütün komandamın üzvlərinə minnətdarlığımı bildirirəm”.


Fenomen.az saytı ilə əlaqə üçün E-mail: info@fenomen.az
INSTAGRAM- Yerli ve xarici tanınmışlarin paylaşdıqları son fotoları səhifəmizde izleyin