“Grammy Awards” mükafatının təqdimat mərasimində sensasiya yaşandı – Fotolar | Fenomen

“Grammy Awards” mükafatının təqdimat mərasimində sensasiya yaşandı – Fotolar

  0 Comments
ABŞ-ın Los-Anceles şəhərində ABŞ Milli Səsyazma Akademiyasının “Grammy Awards” mükafatının təqdimat mərasimi olub.
Mərasimi CBS telekanalı translyasiya edib.
“İlin ən yaxşı yeni ifaçısı” mükafatına britaniyalı Sem Smit layiq bilinib.
22 yaşlı S.Smit “İlin ən yaxşı ifası”, “İlin ən yaxşı mahnısı” və “Pop stilində ən yaxşı vokal albom” nominasiyalarında da rəqibləri geridə qoyub.
S.Smitin bu triumfu sensasiya sayılıb.
“Grammy” mükafatı 1957-ci ildə yaradılmış ABŞ Milli Səsyazma Akademiyasının üzvləri arasında keçirilən gizli səsvermənin nəticələrinə əsasən keçirilir.
Amerikalı müğənni Beyons isə 57-ci “Grammy” mərasimində “Ən yaxşı mahnı” və “Ən yaxşı çıxış” nominasiyalarının qalibi olub.
O, “Drunk İn Love” mahnısı ilə “İlin kompoziyası” nominasiyasında da rəqiblərini üstələyib.
Bekin “Morning Place” albomu “İlin albomu” və “Ən yaxşı rok albom” seçilib.
“Ən yaxşı rep albom” nominasiyasında isə Eminem “The Marshall Mathers LP 2” ilə qalib gəlib. (Milli.Az)
Böyütmək üçün şəkillərə klikləyin.

Fenomen.az saytı ilə əlaqə üçün E-mail: info@fenomen.az
INSTAGRAM - Yerli ve xarici tanınmışlarin paylaşdıqları son fotoları səhifəmizde izleyin
loading...