Gözaltı torbalar, qaralmalar – Nə etməli? | Fenomen

Gözaltı torbalar, qaralmalar – Nə etməli?

  0 Comments

Yorğunluq, yaşlanma, siqaret və spirtli içki istifadəsi tünd rəngli gözaltı halqalarına və torbalara səbəb olur.Əksər qadınların problemi olan gözaltı qaralma və torbalanmadan qurtulmağın yollarını təqdim edirik.

 

Gözaltı torbalar niyə yaranır?

Gözaltının qara rəngdə görünməsi gözaltı dəridə artan piqmentləşmə, damarların çoxalması, dərinin incəlməsi səbəbindən olur. Ümumiyyətlə, göz ətrafındakı dəri nazik və incədir. Qıcıqlanma və qocalıq təsirlərinə qarşı müdafiəsizdir. Allergiya, ya da atiopik eqzema kimi dəri xəstəlikləri, genetik və ota nevus adlandırılan xallar göz ətrafındakı qara halqaların yaranmasının digər səbəblərindəndir. Siqaret, kafein və spirtli içki, bəzi dərmanlar, yuxusuzluq kimi amillər qara halqaların meydana gəlməsini artırır, yaş irəlilədikcə gözaltı dərinin korlanması, sallanması və gözaltı göyərmə şikayətini şiddətləndirir.

 

Gözaltı halqalara təbii çarə

Göz qapaqları gözlərin sağlıq və gözəllik məsələsində həssas qoruyucularıdır. Yaxşı yuxu, uyğun yastıq istifadəsi, şüurlu qidalanmaq və günəşdən qorunmaq lazımdır. Lavanda, zanbaq, çobanyastığı, ıhlamur çiçəklərindən hazırlanan çaylarla 10 dəqiqə gözaltına kompres edin. Bu, göz yorğunluğu, damar genişlənmələrinə bağlı hallarda yaxşı təsir edir.

 

Lavanda, kəklikotu, bibəriyə, melisa yağlarının gözaltı halqaları azaldıcı təsirləri olduğu deyilir. Gözaltına dermatoloqun məsləhət gördüyü kremlər də faydalıdır. K vitamini, C Vitamini, alfa lipoik asit və hüceyrə yeniləyici olaraq retinoik asit tərkibli kremlər göyərmələrin qarşısını alır. Günəş qoruyucu istifadə edin. Gözaltı kremlərin tərkibi olduqca zəngin olmalıdır.

 

Piqmentləşmə ilə bağlı gözaltı qaralmalar müalicə edilirmi?

Bu problemdə ilk seçim lazer müalicəsidir. Piqmentasiyanı, damarlaşmanı azaldan və dərinin kollagenliyini artıran lazerlər gözaltı göyərmələrdə də istifadə edilir.


Fenomen.az saytı ilə əlaqə üçün E-mail: info@fenomen.az
INSTAGRAM- Yerli ve xarici tanınmışlarin paylaşdıqları son fotoları səhifəmizde izleyin