Göyçay sakini Ukraynada döyülərək öldürüldü


Göyçay sakini Ukraynada döyülərək öldürüldü

Ukraynada yaşayan Göyçay rayon sakini qətlə yetirilib.

APA-nın xəbərinə görə, ölən şəxs Göyçayın Çaxırlı kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov İlqar Tahir oğludur. O bir neçə il əvvəl işləmək üçün Ukraynaya gedib, orada kiçik bizneslə məşğul olub. Bir neçə gün əvvəl Kiyevdə yerli sakinlər tərəfindən döyülən T. Məmmədov aldığı xəsarətlərdən ölüb. İ. Məmmədovun öldürülməsinin səbəbi hələlik məlum deyil.

Onun cənazəsi Göyçaya gətirilərək dəfn edilib.

Yerli hüquq-mühafizə orqanları faktı araşdırır.


loading...