"Titanik"in ulduzu: "Məni dəyişməyin, bəzəməyin" - FOTO

“Titanik”in ulduzu: “Məni dəyişməyin, bəzəməyin” – FOTO

Britaniyalı aktrisa, “Titanik” filmindəki rolundan sonra dünyaca məşhurlaşmış aktrisa Keyt Uinslet yeni fotosessiyaya çəkilib.
39 yaşlı aktrisa “Harper`s Bazaar UK” jurnalının fotoqrafları qarşısında poza verib.
Keyt fotolarının manipulyasiya edilməsinə qətiyyətlə etiraz edir. O, həmişə olduğu kimi görünməyə çalışdığını söyləyir.
GQ jurnalı 2003-cü ildə aktrisanın fotosessiyasını dərc edəndə şəkillərin tam əksəriyyətini Adobe Photosop vasitəsilə “gözəlləşdirməyə” çalışmışdı.
Keyt Uinslet jurnalda fotolarını görəndə çox qəzəblənmiş, “bundan sonra GQ ilə əməkdaşlıq etməyəcəyəm” söyləmişdi.
“Fotolarımın retuş edilməsinə qətiyyətlə etiraz edirəm. Bədənimin, əl və ayaqlarımın guya “gözəl” görünməsi üçün dəyişdirilməsini bəyənmirəm. Yaşlanmışam, üzümdə qırışlar var. Bu, aşkar görünür. Ona görə də fotolarımın aeroqrafla retuş edilməsi, olduğumdan cavan görünməyim üçün manipulyasiyaların edilməsi saxtakarlıqdır. Belə yalanlar lazım deyil”, – Keyt Uinslet bildirib.
Britaniyalı milyarder Riçard Brensonun qohumu Ned Roknrolla ailə qurmuş Keyt Uinsletin bu idivacda Bir Bleyz adlı oğlu doğulub. (Milli.Az)
loading...