Fazil Məmmədov işdən çıxarılmasından danışdı - AÇIQLAMA

Fazil Məmmədov işdən çıxarılmasından danışdı – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad olunaraq onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib.

Ötən gün vəzifəsindən azad olunan Fazil Məmmədova açıqlamasında Prezidentin qərarının müzakirə edilməz olduğunu bildirib:

“Cənab Prezident məni sərəncam verərək işdən azad edib. Bu barədə səlahiyyətlər Prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm”. //Bizimyol.info


loading...