“Eurovision Fərid” Nyu-Yorkda kuryer işləyir

“Eurovision Fərid” Nyu-Yorkda kuryer işləyir

Müğənni Fərid Məmmədov ABŞ-a köçüb.Iki il bundan əvvəl Nigar adlı xanımla ailə quran Fərid müğənniliyin də daşını atıb. 

O, xanımıyla 1 ildən artıqdır ki, Amerikada yaşayır.  28 yaşlı ifaçı Nyu-Yorkda kuryer kimi fəaliyyət göstərir.

Xatırladaq ki, müğənni “Eurovision – 2013” mahnı müsabiqəsinə Azərbaycanı təmsil edib, ikinci yerin sahibi olub.

Qeyd edək ki, Fəridin toyu mediaya qapalı keçirilmişdi. Hətta toyda bəylə gəlinlə şəkil çəkdirmək də qadağan olunmuşdu. (Qafqazinfo)




loading...