“Eşkiya dünyaya hükümdar olmaz”ın qəhrəmanı Bakıya gəlir


“Eşkiya dünyaya hükümdar olmaz”ın qəhrəmanı Bakıya gəlir

“Yeşilçam”ın əfsanəvi ulduzu Salih Güney, “Çoçuklar duymasın” serialının Zero Tunası Volkan Severcan, “Eşkiya dünyaya hükümdar olmaz”ın Əminəsi Sevil Aki Azərbaycana gəlir. 

Fenomen.az xəbər verir ki, üç məşhur sima ATV kanalında yayımlanan “Məlahətli söhbətlər” verilişində iştirak edəcəklər.

Onlar bir neçə gün sonra Bakıya təşrif buyuracaqlar.

Qeyd edək ki, proqramı əməkdar artist Məlahət Abbasova aparır. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən verilişdə Azərbaycan və Türkiyənin populyar simaları qonaq qismində iştirak edir.(qafqazinfo)


loading...