Ermənistan ordusunda boksçu əsgər hamını döyür

Ermənistan ordusunda boksçu əsgər hamını döyür

Ermənistan ordusunda “dedoşvina” halları baş alıb gedir.

Ermənistan silahlı qüvvələrində xidmətə çağırılan boksçu Qoro Gözəlikyan tank bölüyündə artıq xeyli “məşhurlaşıb”. O, hər cüzi məsələ üstündə əsgər yoldaşlarını döyür.

Digər əsgərlərin gözünün odunu alan Q.Gözəlikyan artıq özünün “qaydasız döyüş yarışlarına” başqa bölmələrin əsgərlərini cəlb edib. Bu günlərdə onun “qəhrəmanlığı” səbəbindən başqa bölükdə xidmət edən hərbi qulluqçu Qaqik Nersesyan hərbi hospitala düşüb.

Q.Gözəlikyanın döyərək ağır bədən xəsarətləri yetirdiyi əsgərin ailəsi şikayət etməsin deyə, Q.Nersesyanın valideyinlərinə hadisə ilə bağlı heç bir məlumat verilməyib.

Xəbəri sosial şəbəkədə paylaşanın dediyinə görə, artıq bölüyün əsgərləri Qoronun əlindən təngə gəliblər və tezliklə ya onun xidmətini davam etdirmək üçün başqa yerə keçirilməsini, ya da həbs edilməsini tələb edirlər. (publika.az)


loading...