Elit Star Cəmilə: İlk dəfə “yubka” qaldırmağı mən etmişəm - VİDEO
loading...

Elit Star Cəmilə: İlk dəfə “yubka” qaldırmağı mən etmişəm – VİDEO

Dörd qat Azərbaycan çempionuyam, birbaşa mərkəzdən vururam.

ARB TV-nin “Səhər-Səhər” verlişində “Plastik əməliyyatın qurbanları” adlı mövzu müzakirə olunub.

Mövzu ilə bağlı “Səhər-Səhər” verilişinə müsahibə verən Elit Star Cəmilə səhv edən həkimin xətasını bir başqasına düzəltdirdiyini deyib:

“İlk dəfə Merlin Manronu mən canlandırmışam. İlk dəfə, 2001-ci ildə “yubkanı” qaldırmağı və saç düzümünü mən etmişəm. Həqiqətən, bədən ölçülərim 60-90-60-dır. Uzaqbaşı indi 62-63 ola bilər. Hər zaman fiquramı saxlayıram. Həkimlərin birinə gedirəm, səhv edir, gedirəm o biri onun səhvini düzəldir. Öz dodağıma, öz simama qayıtdım. Məni, doğrudan, pis etmişdilər”.

Müğənni başqalarının fikrinin onun üçün önəmli olmadığını deyib:

“Öz fikrim, öz stilim, öz danışığım var. Mən özüm bilərəm, nəyi necə, harada edirəm. 88-90 faiz bütün qlobusu gəzmişəm. Azərbaycan, rus, ingilis dilini bilirəm. Hələ gəlin mənim səviyyəmə çatın, sonra danışarsınız. Kompüter arxasında oturanların bəziləri qozbeldir, bəziləri o qədər eybəcərdir ki…

İnsan küçədə görsə, qorxar. Oturub şərh yazırlar. Dörd qat Azərbaycan çempionuyam. Qaçış, üzgüçülük, at çapmaq, dağa dırmanmaq, güllə atmaq. Birbaşa mərkəzdən vururam”. (Oxu.Az )


loading...