Ekstremist təbliğatın qarşısını alacaq alqoritm hazırlanır - İLK DƏFƏ
loading...

Ekstremist təbliğatın qarşısını alacaq alqoritm hazırlanır – İLK DƏFƏ

Ekstremizm və nifrəti qızışdıran konteksdə materialların “Facebook”, “Twitter” və “YouTube” şəbəkələrində yayılmasının qarşısını alacaq alqoritm hazırlanır.

Massaçusets Texnologiya İnstitutunun və Brandeys Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan layihə böyük şirkətlərin marağına səbəb olub. Alqoritmlər sosial şəbəkələrdə ekstremist materiallara aid müvafiq məlumatları (informasiya blokları) dərc edilməmişdən əvvəl aşkar edərək qarşısını alacaq.

Müxtəlif ölkələrin hökumətləri platformalardan belə kontenti mümkün qədər tez ləğv etməyi tələb edir, lakin moderatorluqla məşğul olan əməkdaşlar və onlara kömək üçün nəzərdə tutulan avtomatik alqoritmlər bu vəzifənin öhdəsindən həmişə gələ bilmirlər. ABŞ alimlərinin alqoritmi mahiyyət etibarilə təkrar moderatorluğu həyata keçirməyə imkan verir.

Analiz üçün alimlər seçilən hesablarla əlaqədar 4,8 milyon “Twitter” informasiya blokundan, bu istifadəçilərin, eləcə də onların dostlarının və abunəçilərinin profil təsvirlərindən (bu, bazanı 1,3 milyon hesabadək artırıb) istifadə ediblər.

Tədqiqat həmmüəllifinin sözlərinə görə, onlayn ekstremizmlə məşğul olan istifadəçilər sosial şəbəkələrdə oxşar davranış xüsusiyyətlərinə malik olurlar ki, bu da alqoritmə yeni hesabların yaradılması zamanı onları aşkarlamağa imkan verir. (publika.az)


loading...