Tovuzda 4 qədim yaşayış məskəni və məbədlər kompleksi tapılıb

Tovuzda 4 qədim yaşayış məskəni və məbədlər kompleksi tapılıb

Kəpəz TV (Region TV) xəbər verir ki, Tovuzda 4 qədim yaşayış məskəni və məbədlər kompleksi tapılıb.

Rayonun ucqar dağ kəndi Çobansıxnaqda aşkarlanan qədim məkanın Qafqaz Albaniyasına məxsus olduğu bildirilir. Araşdırmaçı Calaləddin Qasımov uzun illərdir axtardığı Abdal şəhərini ən hündür zirvədə tapıb. 3 hektara yaxın ərazidə iri sal daşlarla hörülmüş mühafizə divarları, qədim sakinlərin  məişətdə işlətdiyi əşyalar  buranın yaşayış məskəni olduğunu sübut edir. Bir-birindən 5-7 kilometr məsafədə yerləşən qədim yaşayış məskənlərini bir-biri ilə araba yolları birləşdirirmiş.

loading...