Müharibə zamanı Stalin 4 gün harada olub? - SİRR ÇÖZÜLDÜ - FOTOLAR

Müharibə zamanı Stalin 4 gün harada olub? – SİRR ÇÖZÜLDÜ – FOTOLAR

Rusiyada Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibərilə bu yaxınlarda sadə vətəndaşlar arasında keçirilmiş sorğular əhalinin böyük qisminin SSRİ diktatoru İosif Stalinə rəğbət bəslədiyini göstərib.

 

Bu günlərdə isə məlum olub ki, bu ölkədə yalnız sadə vətəndaşlar deyil, rəsmilər də Kobaya müsbət münasibət sərgiləyir, hətta onun fəaliyyətinin qaranlıq tərəflərini də araşdırırlar.

 

Rusiyanın Federal Təhlükəsizlik Xidməti İosif Stalinin 1943-cü il avqustun 1-də, saat 22:30-da öz kabinetini tərk edərək yoxa çıxmasının və Kremldəki iş otağına bir də avqustun 5-də, saat 21:55-də qayıtmasının səbəblərini araşdırıb.

 

Xidmətin elmi işçisi, mətbuatla və ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Valentin Jelyayev Stalinin 4 gün harada olmasının öyrənildiyini bildirib:

 

“Stalin avqustun 1-dən 5-ə kimi hara yoxa çıxmışdı? Araşdırmalarımız zamanı məlum oldu ki, o, olduqca məxfi şəkildə cəbhəyə yollanıb. Kalininqrad cəbhəsinə baş çəkən SSRİ rəhbəri orda cəbhə komandanlığı ilə görüşüb. Maraqlıdır ki, təhlükəli döyüş bölgəsinə gedən SSRİ rəhbərini bu səfərdə cəmi bir neçə mühafizəçi müşayiət edib. Onlar arasında rəsmilərdən Lavrenti Beriya, müavini İvan Serov, Stalinin şəxsi mühafizə xidmətinin rəhbəri Nikolay Vlasik və onun 4 işçisi olub. Onlardan biri – Sergey Kuzmıçev Stalinin Kalininqrad cəbhəsinə getdiyini öz xatirələrində təsdiləyib”.

 

Rusiyanın Federal Mühafizə Xidmətinin sözçüsü Stalinin şəxsi mühafizə xidmətinin rəhbəri Nikolay Vlasikin Stalinlə birlikdə cəbhəyə getməsinə razılıq verilmədiyini, lakin bu generalın SSRİ rəhbərini hər yerdə müşayiət etməsi səbəbindən onun da cəbhəyə yollandığını vurğulayıb. Rəsmi qurum hətta Stalinin 4 gün qaldığı evin də fotolarını yayımlayıb. Həmin evdə asılmış xatirə lövhəsində SSRİ rəhbərinin 1943-cü il avqustun 1-dən 4-ə kimi bu evdə qaldığı yazılıb. Valentin Jelyayev Stalinin cəbhə bölgəsinin təhlükəli yerində olduğunu desə də, SSRİ rəhbərinin çox da uzağa – ən qaynar nöqtəyə getməkdən ehtiyatlandığını, sürücüsünə avtomobili geri sürməsi haqda göstəriş verdiyini dilə gətirib.

 

Rusiyanın Federal Mühafizə Xidməti rəsmisinin açıqladığı statistikaya görə, müharibə dövründə SSRİ-nin ümumilikdə 25 yüksək çinli rəsmisi 165 dəfə məxfi şəkildə cəbhə bölgəsinə yollanıb. (publika.az)

495794552bd4a1ee5e71428935841_929578 6556178552bd4a1d82ca1428935841_929466 7961864552bd4a2105101428935842_image002 8690218552bd4a2057d61428935842_929580

loading...