Eşq dəlisi şəhzadənin həyat hekayəsi - Foto

Eşq dəlisi şəhzadənin həyat hekayəsi – Foto

Kleopatra kim idi? Böyük bir ölkənin hökmdarımı? Seks dəlisimi? Yoxsa hissləri ilə hərəkət edən bir anamı?
Bütün insanların Kleopatra haqqında fikirləri az-çox eynidir: Kleopatra gözəl və ehtiraslı bir qadın idi. Bəs gözəlliyi ilə bütün dünyanın dilindən düşməyən Kleopatra əslində kim idi?

Fenomen.Az AzNews.az-a istinadən Kleopatranın möhtəşəm həyat hekayəsini sizə təqdim edir:

O yalnız gözəl və ehtiraslı bir qadın deyil, həm də bir kraliça idi

kleopatra-sa-leopardima2

Bu gözəl qadını dünyanın dilindən düşməyə qoymayan əslində Hollivud ulduzları Theda Bara, Claudette Colbert və təbii ki Elizabeth Taylor kimi məşhurlardır.

O, Misirin tayı-bərabəri olmayan kraliçası idi

E.ə 69-cu ildə doğulan Kleopatra XII Ptolemeyin qızı, XIII Ptolemeyin bacısı və arvadı idi (Kleopatra öz qardaşı ilə evlənmişdi). Həmin dövrlərdə Misir öz intibah dövrünü yaşayıb.

Kleopatra həmçinin 7 dil bilən intelektual şəhzadə idi

Kleopatranın yaxşı təhsil aldığı təxmin edilir. Tarixçilərin yazdıqlarına görə şəhzadə öz ana dilindən başqa ərəb fars erməni habeşçeyi,somali və ibranicedə dillərini də ana dili kimi bilib.

Qardaşlar arası çəkişmələr başlamışdı

Ptolomey artıq yalnız əhaliyə deyil, öz övladlarına belə söz keçirdə bilmirdi. Bir gün Ptolomey səfərdə ikən onun ən böyük qızı Tryphaena dövlət çevrilişinə cəhd edib taxtı ələ keçirdi. Tryphaena öldürüldükdən sonra taxt Ptolomeyin ikinci qızı Berenikenin əlinə keçdi. Bu zaman Ptolomey taxtını əlindən alan qızını edam etdirdi. Artıq Kleopatra taxt üzərindəki mübarizənin sonlanması üçün bir çarə tapmalı idi.

Kleopatra üçün çətin bir həyat başlamışdı

Şəhzadə Misirin Romalılardan gələcək köməyə ehtiyacını olduğunu anlayırdı. Və o artıq yalnız düşmənlərdən deyil həmçinin öz bacı qardaşlarından özünü qormalı idi. Nə isə yolunda getmirdi və Kleo yolunda getməyən işləri yoluna qoymağa məcbur idi.

Artıq Misirin taxtı onun idi

ea63anjesas

E.ə 51-ci ildə (bu zaman Kleopatra 18 yaşında idi) Ptolomey vəfat etdi. Ptolomeyin səltənəti Kleopatra və onun 10 yaşlı qardaşı XIII. Ptolemeyə aldı. Lakin səltənətdə işlər yolunda getmirdi. Kənd təsərrüfatı bərbad vəziyyətdə idi. Yerli xalqda hökmdarlara qarşı nifrət yaranmışdı.

Sezar Kleopatra ilə tanışacağını hiss etmişdi

XIII. Ptolemeyin ağlına girən hərəm ağası və ətrafındakıları onun iqtidardan uzaqlaşıb Nil vadisinə sürgünə getməsinə səbəb oldu. Bu zaman Romada iqtidar 3-ə bölünmüşdü. Sezar, Pompey və Crassus arasında olan rəqabətin sonu Sezarın ön plana çıxması ilə nəticələndi. Və Sezar Kleopatra və balaca qardaşını barışdırmaq niyyətinə düşdü.

Artıq böyük bir sevgi başlamışdı

59b020b1594

Lakin Kleopatra qardaşı ilə barışmaq niyyətində deyildi. Və onun tək planı Sezarı özünə aşiq etmək idi. Bu zaman Kleopatra onun sadiq kölələrindən biri olan Apollodresin məsləhəti ilə özünü xalçaya bükdürərək Sezarın hüzuruna gətizdirdi. Sezar Kleopatranın ağlından və cəsarətindən çox təsirlənmişdi. Qardaşı ilə Kleonu barışdıran Sezar onların arasın vuran hərəm ağasını edam etdirdi.

Kleopatra Misirin tək sahibi, çalışqan və əzəmətli qadın idi

XIII. Ptolemey Nildə boğularaq ölmüşdü. Və artıq Kleopatra taxın tək sahibi idi. Həmin vaxtda şəhzadənin Sezardan bir övladı vardı və o övladını da alıb Romaya getdi. Əslində isə Kleonun böyük bir xəyalı vardı: İki imperatorluğu birləşdirib Böyük İsgəndərində xəyalı olan bütün dünyaya sahib olmaq. E.ə 44-cü ildə Sezarın ölümü ilə Kleo bu arzusunu təxirə salmaq məcburiyyətində qaldı.

Əylənərkən belə, çətinliklərə sinə gərdi

Sezar öldükdən sonra Roma İmperatorluğu, Oktavia (Sezarin qardaşı oğlu və rəsmi övladlığı) və Mark Antoniu (Sezarın silah yoldaşı) arasında ikiyə ayrıldı. Şərq, artıq Mark tərəfindən idarə olunurdu. Və Mark Kleopatraya aşiq idi (Kleopatra ilə Markın iki qız övladı olub).

Ölərkən belə, cəsur idi

Klepatranın ölümünə dair bir çox rəvayətlər var. Lakin, bunlardan ən məşhuru kraliçanın özünü bir ilana sancdıraraq intihar etməsidir. Amma hər zaman yanında bir ilanı gəzdirməyəcək qədər ağıllı olan şəhzadənin intihar etmək üçün planlaşdırğı zəhəri barmağındakı üzükdə gəzdirdiyi düşünülür.

loading...