Atatürkü bu adam zəhərləyib - Fotolar

Atatürkü bu adam zəhərləyib – Fotolar

Türkiyə Cumhuriyyətinin banisi Mustafa Kamal Atatürkün İsmət İnönü tərəfindən zəhərləndirilib öldürüldüyü ortaya çıxıb.

Türkiyədə zaman-zaman səslənən bu iddia ilə bağlı araşdırma aparan hakimiyyətə yaxınlığı ilə diqqət çəkən “Yeni Şafak” qəzeti Atatürkün necə ölməsi barədə araşdırma aparıb.

Araşdırma zamanı üzə çıxan sənədlər Atatürkün öz əcəli ilə deyil, sui-qəsd nəticəsində ölməsini sübut edir. Tarixi sənədlər və yazışmalar da İsmət İnönünun Atatürkün zəhərlənməsini təşkil etdiyini üzə çıxarır.

Qəzet yazır ki, son olaraq baş nazir Bülent Ecevitin həkimi Mücahit Pehlivan Atatürkün zəhərləndiyini deyərək onun qəbrinin açılmasını və Mustafa Kamalın nəşinə DNT testi edilməsini təklif etmişdi.

Ötən həftə Fətullah Gülənin 1960-1970-ci illərdəki əlaqələrini sənədlərlə ortaya çıxaran qəzet Türkiyənin ikinci prezidenti olan İsmət İnönü, CHP-nin baş katibi Kasım Gülək ilə daxili işlər nazirləri Şükrü Kaya və Hıfzı Oğuz Bekata arasındakı yazışmalar Atatürkün necə öldüyünə “işıq” salır.

Qəzet yazır ki, Atatürk əcnəbi həkimlərin onu müalicə etməsindən ehtiyyatlandığı üçün türk həkim tapmağı tapşırır. Bundan istifadə edən İnönünün adamları türk həkimi ələ alaraq Atatürkü zəhərləməyə başlayır.

Daxili işlər naziri Şükrü Kayanın 30 İyun 1938-ci ildə, yəni Atatürkün ölümündən 4 – 5 ay əvvəl İsmət İnönüyə göndərdiyi məktubda deyilir: “Göndərdiyimiz həkim işinin öhdəsindən layiqincə gəldiyi qənaətindəyəm. Hər şey yolunda və məcrasında davam etməkdədir. Sizləri prezident görmək arzusu hamımızda hasil olmuşdur. Ehtiramla əllərinizdən öpürəm əfəndim”. (anspress)

2ea9d1736ae6

46ce84dbeefa

d2305e714008

f97c085fbd02

loading...