100 hərəmi olan İran şahının ən sevimli qadını - fotolar

100 hərəmi olan İran şahının ən sevimli qadını – fotolar

1848-1895-ci illərdə İranda hakimiyyətdə olmuş Nəsrəddin şah Qacarın hərəmxanasında çəkilmiş maraqlı şəkillər üzə çıxıb.

Sələflərindən fərqli olaraq, şəkil çəkdirməyi çox sevən Nəsrəddin şah sarayında fotostudiya yaratmış ilk hökmdardır.

1870-ci ildə Tehranda öz studiyasını açan rus fotoqraf Anton Sevryuqin İran şahının saray fotoqrafı kimi maraqlı anları ölümsüzləşdirib.

O, şahın və onun 100-ə yaxın hərəminin şəkillərini lentə alıb. N.Qacar hazırda muzey kimi fəaliyyət göstərən Gülüstan sarayında xüsusi fotolarının cəmləşdiyi atlas albomlar belə saxlayırmış.

A.Sevryuqinin lentə aldığı fotolarda diqqət çəkən məqam şahın 100 hərəmindən ən sevimlisi olan Ənis əl-Dolexin şəkilləridir.

Olduqca müasir görünən qadın fiziki görünüşü – çəkisi, qalın qaşları və qadın üçün məqbul sayılmayan bığı ilə diqqət çəkib. Daha bir maraqlı məqam isə, şahın zövcələrinin obyektiv qarşısında sərbəst pozlarıdır. Qadınların geyiminin balet rəqqaslarının libasına oxşaması da təsadüfi deyil.

Belə ki, Nəsrəddin şah 1873-cü ildə II Aleksandrın dəvəti ilə Sankt-Peterburqa yollanır və orada baletə tamaşa edir. Rəqqasların geyimi şahın diqqətini çəkir və o, saraya qayıtdıqdan sonra öz hərəmlərinə də o cür libasların tikilməsinə göstəriş verir.  (axşam.az)

Ənis əl-Dolex (oturan)

41900_daxffy6hq6

Ənis əl-Dolex (sağdakı – qucağında uşaq olan)

41902_c8k3tlx90y

showpic_el100 (1) showpic_el100 (2) showpic_el100 (3) showpic_el100 (4) showpic_el100 (5) showpic_el100 (6) showpic_el100 (7) showpic_el100 (8) showpic_el100 (9) showpic_el100

loading...