Kəsmikli Peçenye - Resepti

Kəsmikli Peçenye – Resepti

Kəsmiyin faydası olduqca çoxdur. Onun tərkibində çoxlu miqdarda kalsium vardır. Kalsium insan orqanizmini möhkəmləndirir. Sümükləri, dişləri, saçlarımöhkəmləndirir, ürəyin normal fəaliyyəti və görmə üçün də çox vacibdir. Kəsmik mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün də çox faydalıdır. Bunları düşünərək “Kəsmikli peçenye resepti”ni təqdim edir. Gündəlik qidalanmada kəsmiyin olması uşaqlar və hamilə qadınlar üçün olduqca vacibdir. Lakin bir çox uşaqlar (və həmçinin də böyüklər) kəsmik xoşlamır. Bu halda kəsmiklə müxtəlif un məmulatları (peçenye, piroq və s.) bişirməklə bədənin kalsiuma olan tələbatını ödəmək olar. Sizlər üçün çox faydalı olacaq “Kəsmikli peçenye” reseptini təqdim edirik. Yaxınlarınızla birlikdə bu peçenyeni nuş etməyi arzu edirik.


Kəsmikli peçenye üçün lazım olan ərzaqlar:

200 qr kəsmik,
100 qr kərə yağ,
1 ədəd yumurta,
2.5 stəkan un,
1 ç/q qabartma tozu,
0,5 stəkan şəkər tozu,

Kəsmikli peçenyenin hazırlanma qaydası: 

Kərə yağının otaq temperaturunda olması vacibdir.
Yumşaq kərə yağı, yumurta, şəkər tozu, vanilin, duz əlavə edib mikserlə çırpın.
Hazırladığınız ərzağın içərisinə ələnmiş un qatıb xəmir yoğurun.
Hazırladığınız xəmirdən kiçik kündələr ayırın.
Fırın sinisinə yağlı kağız sərin.
Kündələdiyiniz xəmirləri əlinizlə azca açaraq fırın sinisinə düzün.
Sobanı qabaqcadan 180 C qədər qızdırın.
Peçenyeni 20-25 dəqiqə ərzində bişirin.
Hazır peçenyeni soyudun, üzərinə şəkər pudrasını səpin.

Nuş olsun!

loading...