"Məni sevənlərin çoxu yaşca balacalardır" - FOTO
Fenomen.Az

“Məni sevənlərin çoxu yaşca balacalardır” – FOTO

Nərgiz Mütəllimova. Bəlkə də, bu ad çoxlarınıza heç nə demədi. Amma xalq artisti Firəngiz Mütəllimovanın bacısı kimi o, yetərincə tanınır
Son bir-iki ildə isə yaradıcılıqla bağlı heç bir fəaliyyəti gözə dəymir.
Bu və digər məsələlərlə bağlı publika.az-ın suallarını Nərgiz Mütəllimova cavablandırır.
– Nərgiz xanım, hazırda nə işlə məşğulsunuz?

– “Bacanaqlar” serialına çəkilirəm.
– Oradakı rolunuz barədə məlumat verərdiniz.

– Elə öz adımla oynayıram – Nərgiz. Qonşuyam, gəlib camaatın evinə dava salıb, gedirəm.
– Həyatda da belə insansınız?

-Yox, yox, qətiyyən elə deyiləm. O gün Elməddin (Elməddin Cəfərovu nəzərdə tutur – İ.V.) mənə deyir ki, real oyna e, özün kimi ol. Deyirəm, axı həyatda mən elə deyiləm (gülür).
– Siz yaradıcılığa müğənni kimi başlamışdınız. Nə oldu ki, birdən-birə aktrisa olmağa qərar verdiniz?

– Bəli, müğənni kimi başlamışdım. Elə fikirləşirəm ki, bir mahnı yazdırıb, radiolara verim.
– Sonuncu dəfə nə vaxt mahnı yazdırmısınız?

– Bir-iki il olar.
– Niyə belə tez-tez mahnılar yazdırırsınız?

(gülür) Nə bilim vallah. Mən elə vaxt oxudum ki, onda hələ az-az adam oxuyurdu.
– 10-15 il əvvəli nəzərdə tutursunuz?

– On beş il olmaz, haradasa on iki il bundan əvvəl idi. Səhv etmirəmsə, 2002-ci ildə oxumuşdum. İndi o qədər müğənni var ki. Çoxları deyir ki, tənbəlsən. Deyirəm ki, mən nə oxuyum?
– Onda belə çıxır ki, müğənniliyə hobbi kimi başlamışdınız.

– Ola bilər. Axı müğənnilik mənim öz sənətim deyil.
– Deyirsiniz ki, müğənni kimi davam etmək istəyirəm. Hobbidirsə, niyə davam edirsiniz?

– Həvəslənirəm də.
– Hesab edirsiniz ki, səsiniz var?

– Mən Şuşadanam axı…
– Bu, o deməkdir ki, şuşalısınızsa, oxumalısınız? Yaxud hər şuşalının səsi olur?

– Səsim olmasa da, musiqi duyumum var. Həm də pianino müəllimiyəm.
– Hazırda pedaqoji fəaliyyətiniz var?

– Bəli, Şuşa Musiqi Kollecində fortepianodan dərs deyirəm.
– Müəllimlik rahatdır, yoxsa səhnə, efir?..

– Məncə, müəllimlik daha rahatdır. Səhnə çox çətindir.
– Nə vaxt sizi xalq artisti Firəngiz Mütəllimovanın bacısı kimi yox, öz işinizlə tanıya biləcəyik?

– İnşallah.
– Amma indiki durum fərqlidir. Haqlıyammı?

– Düz deyirsiniz.
– Məsələn, bir vaxtlar Firəngiz xanım da rəhmətlik Yaşar Nuriyə görə tanınırdı. Amma bir müddət sonra o “şinel”dən çıxdı, özünü təsdiqlədi. Siz isə 12 ildir…

– (gülür) Deyəsən, ölənə qədər də belə olacaq.
– Yayda müxtəlif ölkələrdə istirahət edirsiniz. Fotolarınız sosial şəbəkələri bəzəyir…

– İndi də Türkiyəyə getməyə hazırlaşırıq. Həm də Firəngizin müayinəsinə gedirik. Bir-iki həftəyə yola düşəcəyik.
– İstirahətə bu qədər vaxt ayırınca, onu işə sərf etmək olmazdımı?

– Nə bilim e. Toylara gedən deyiləm. Şou proqramlara da getmirəm.
– Dəvət etsələr, getməyəcəksiniz?

– Yox, getmirəm. İnanırsınız, o vaxt klip çəkdirdim, efirlərdə göründüm. Nə qədər pulum çıxırdı.
– O vaxt reklamınıza nə qədər pul xərcləmişdiniz?

– Çox idi, indi yadımda deyil. Özü də klipim əla alınmışdı. Ülviyyə Könül mistik janrda çəkmişdi o klipi.
– Onda da toylara getmirdiniz?

– Yox, heç vaxt getməmişəm. Bir-iki şou proqrama getmişəm. O da elə-belə .
– Belə çıxır ki, başlayanda da efirə tanınmaq üçün çıxmışınız, sənət üçün yox…

– Yox e, yox.
– (zarafatyana) Soruşmaq ayıb olmasın, niyə ailə qurmursunuz?

– (gülür) İstəmirəm. İstəsəm, bu dəqiqə ərə gedərəm. Amma beynimə girib, ərə getmirəm.
– Səbəb?

– İstəmirəm…
– Bəlkə, kiminləsə mərcə girmisiniz, and içmisiniz, söz vermisiniz ki, ailə qurmayacaqsınız?

– Yox, elə deyil. Yəqin ki, qarşıma istədiyim insan çıxmayıb. Amma yenə deyirəm ki, istəsəm, gedərəm.
– Sizə görə şəxsi münasibətlərdə yaş fərqi çox önəmlidir?

– Məni sevənlərin çoxu yaşca məndən balacadır. Amma istərdim ki, öz yaşıma uyğun olsun.

 

– Yaşca balacaya ərə getmək olmaz?

– Olar…

 

– Məsələn, 10 yaş kiçik olsa…

– Yox, on yaş ola bilməz. Ən uzağı, özümdən beş yaş kiçiyə, beş yaş böyüyə ərə gedərəm.
loading...