Cazibdar aparıcı: “Məni aparmırlar, mən aparıram” - Fotolar
Fenomen.Az

Cazibdar aparıcı: “Məni aparmırlar, mən aparıram” – Fotolar

Ailəm.az-ın “Aparıcı nə aparır?” rubrikasının növbəti qonağı ATV-nin “Son xəbər”indən tanıdığımız Alidə Mustafayevadır.

– Aparıcı nə aparır?

– Birinci özünü, sonra kütləni.

– Siz nə aparırsınız?

– Mən özümü, sonra xəbərləri.

– Nə aparmaq mümkün deyil?

– Güclü insan üçün heç nə…

– Kimi sizdən aparıblar?

– Hələ heç kimi.

– Nəyi aparmaq istədiniz, bacarmadınız?

– Özümü aparmaq çərçivəsindən çıxmamaq şərti ilə hər şeyi aparmışam.

– Ümumiyyətlə, nəyi aparmaq doğrudur?

– İnsan nəyi aparmağa meyllənirsə, onu da aparmalıdır.

– Özünüzlə mütləq nə aparırsınız?

– Bütün eşitdiklərimi, yaddaşım yaxşıdır.

– Kimdən nəyi apardınız?

– Çox adamdan çox şeyi…

– Aparıldığınız yer?

– Məni aparmaq olmur, mən aparıram.

– Ən yaxşı aparan kimdir?

– Özüm!

 

loading...