Dilarədən möhtəşəm layihə - Video+Fotolar

Dilarədən möhtəşəm layihə – Video+Fotolar

Müğənni Dilarə Kazımova yeni layihəsini təqdim edib.

Ifaçı “Azərbaycan” adlı mahnını ekranlaşdırıb.

“Boulevard hotel”də baş tutan tədbirdə Dilarə geyimi və rəqsi ilə qonaqları heyran edib. Kazımova gecəyə iki tərəfdən uzun yarığı olan qırmızı libasda gəlib.

Layihə haqda danışan sənətçi bunları deyib:

“Belə bir möhtəşəm layihəyə imza atdığım üçün gürur duyuram. Aylardır üzərində çalışdığımız işin bəhrəsini görmək hər birimiz üçün xoşdur. Çox danışmaq istəmirəm. Əminəm ki, bu iş çoxlarında maraq oyadacaq.”

Təqdimatda şou-biznes nümayəndələri də iştirak edib. Onlar arasında müğənnilər Elnarə Xəlilova, Roza Zərgərli, rəqqasə Fatimə və başqaları olub.

Qeyd edək ki, 82 nəfərlik heyətlə ərsəyə gətirilən işin hazırlıqlarına bu ilin yanvarında başlanılıb. (axşam.az)

Foto: İlqam CƏBİYEV


loading...