Dayver köpək balığını hipnoz edib - VİDEO

Dayver köpək balığını hipnoz edib – VİDEO

Fenomen.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bu tyuku akvalangist Li Kobb nümayiş etdirib. Emma adlı 5 metrlik köpək balığını əvvəla yemləyib, daha sonra hipnoz edib. Dayver onu ehmalca başı aşağı çevirib, sonra isə köpək balığı özünə gəlib və uzaqlaşıb. Ətrafda olan digər köpək balıqları hadisəyə münasibət bildirməyib.

Dayver köpək balığını tanatoz vəziyyətinə salıb. Bu müdafiə üçün reaksiyadır. Bəzi heyvanlar, misal üçün opossumlar, təhlükə olduğu təqdirdə ölü olduqlarını göstərir.

Köpək balıqları haqda The Shark Trust portalının məlumatına əsasən, köpək balıqlarının üzündə olan bəzi nöqtələrə toxunmaqla bu vəziyyəti yaratmaq olar. Bu yoldan adətən tədqiqatçılar istifadə edir.


loading...